Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Joze Mourinyo bu dəfə UEFA Avropa Liqasındakı görüşdən sonra hakimlərdən şikayətləndi
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalının "Reyncers"lə cavab matçından sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis penaltilərlə uduzduqları matçda hakim idarəçiliyindən narazı qaldığını bildirib:
"Bu gün 3 penaltisi verilməyən komanda idik. Hər şey çox qəribədir. Çempionlar Liqasında olmamağımız da təəccüblüdür. "Lill"lə matçda verilməyən penaltilər... Xahiş edirəm, bu görüşdə də məni ədalətli oyunda ittiham etməyin. Mən buna layiq olduğumuzu düşünmürəm. Hətta "Reyncers" azarkeşləri də mənimlə razılaşacaqlar. Bu gecə ən yaxşı komanda biz idik".
O, fikirlərinə belə davam edib: "Yenidən qələbələr qazanmağımız mümkün olacaq. Futbolçuların və mənim bir xəyalımız var idi. Bu gün xəyallarımızı itirdik. Vidalaşacaqdıqsa, bu formada vidalaşmaq ən gözəlidir. Biz digər komandalardan fərqli olaraq o qüruru hiss etmədən Avropadan kənarlaşdırılmadıq. Penaltilərdə qalib gəlsək, bu qədər qürur duya bilməzdim".
Xatırladaq ki, "Fənərbağça" ilk oyunda "Reyncers"ə 1:3 hesabı ilə uduzub. Ötən gecə Şotlandiyada keçirilən görüşdə isə İstanbul klubu 2:0 hesabı ilə üstün olsa da, penaltilər seriyasında "Reyncers" qalib gəlib - 3:2.
"Joze Mourinyo" teqi üzrə xəbərlər
- Joze Mourinyo "Qalatasaray" futbolçularını axmaq adlandırdı
- "Yatın, sonra da qələbə gözləyin" - Mourinyo "Fənərbağça" azarkeşlərindən gileyləndi
- Joze Mourinyo mətbuat konfransı zamanı sualı uzadan jurnalisti ələ saldı – Xoruldadı
- Joze Mourinyo daha bir il "Fənərbağça"da - Müqavilə müddəti ARTIRILACAQ
- Joze Mourinyonun cəzası azaldıldı - Arbitraj Şurası AÇIQLADI