Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Cəlilabad meyitxanasına meyit kimi daxil olan şəxs komatoz vəziyyətdə olub.
Oxu.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Cəlilabad rayonunun Tahirli kəndi ərazisində baş verib.
Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyev Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Əraziyə PPX-nin əməkdaşları cəlb olunublar.
Məlum olub ki, özünü asaraq intihar etməyə cəhd göstərən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir.
Dərhal X.Quliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.
Cəlilabadda meyit tapılıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Cəlilabad rayon Tahirli kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin meyiti tapılıb.
İlkin məlumata görə, o özünü asıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
