Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ
Qazaxda kişi itkin düşüb.
Oxu.Az xəbər verir ki, 31 yaşlı Tamerlan Mustafa oğlu Sadıqov martın 20-də axşam saatlarında Aşağı Salahlı kəndində yerləşən ata evindən dostları ilə görüşmək məqsədilə evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində, qara rəngli gödəkcə olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı
- Bakıda itkin düşən üç azyaşlı rəfiqədən biri sığınacağa yerləşdirildi - İLGİNC DETAL
- Azərbaycanda itkin düşən 14 nəfər bir gündə tapıldı
- İtkin düşmüş üç rəfiqədən daha biri TAPILDI
- Bakıda yoxa çıxan 3 rəfiqədən gələn müəmmalı MESAJLAR VƏ ŞƏKİLLƏR