Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada daha bir yaşayış məntəqəsində araq içmək qadağan edildi
Rusiyada daha bir yaşayış məntəqəsində alkoqol qəbulu qadağan edilib.
Bu barədə Oxu.Az "Buryatiya-Onlayn" "Telegram" kanalına istinadla xəbər verir.
Buryatiya regionunun Malıy Narın kəndinin sakinləri yığıncaq keçiriblər və öz yaşayış məntəqələrini spirtli içkinin içilmədiyi zona elan etmək barədə yekdliliklə qərar qəbul ediblər.
Əhali hakimiyyət orqanları, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yaşayış məntəqəsində spirtli içkilərin satışının tam qadağan edilməsi qərarına gəlib.
Qeyd edilir ki, bu, regionda yerli əhalinin spirtli içkilərin qəbuluna qarşı fəal mübarizə aparan ilk yaşayış məntəqəsi deyil. Malıy Narın Buryatiyada bu cür addım atan sayca 30-cu yaşayış məntəqəsidir.
"Alkoqollu içkilər" teqi üzrə xəbərlər
- Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi
- Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına münasibət bildirdi
- Ölümcül kokteyl: İnfarkta səbəb olan içki barədə XƏBƏRDARLIQ
- Kanadadan ABŞ-yə cavab gəldi: Qadağa və məhdudiyyətlər tətbiq ediləcək
- Beyni zədələyən alkoqollu içkilər: Rusiyalı həkimdən XƏBƏRDARLIQ