Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zelenski: "ABŞ ilə resurslar sazişinin imzalanması barədə danışmaq hələ tezdir"
"ABŞ Ukrayna ilə nadir torpaq resursları ilə bağlı sazişin müzakirəsi qaydalarını dəyişir. Ona görə də, onun imzalanması barədə danışmaq hələ tezdir".
Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
Dövlət başçısı vurğulayıb ki, hələlik Vaşinqtona getməyi planlaşdırmır və bu məsələ gündəmdə deyil. Eyni zamanda, onun sözlərinə görə, Ukrayna ABŞ-dən torpaq resurları ilə bağlı sazişin yekun variantını gözləyir.
Prezident aydınlaşdırıb ki, onlar artıq çərçivə sazişi ilə bağlı razılığa gəliblər, lakin indi qaydalar dəyişir.
"Biz burada təmkinlə, sakit hərəkət etməli, razılaşmaya baxmalıyıq, hüquqşünaslar onu öyrənəcək. Adekvat məsələlər varsa, onları dəstəkləyəcəyik, əgər sual ortaya çıxarsa, cavab tapacağıq. Ona görə də, variantı dəfələrlə dəyişmiş sazişdən danışmaq çox tezdir. Amma mən istəmirəm ki, ABŞ Ukraynanın buna qarşı olduğunu fikirləşsin. Biz müsbət siqnallar vermişik və ABŞ ilə əməkdaşlığın tərəfdarıyıq", - ölkə başçısı qeyd edib.