Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kanadadan ABŞ-yə cavab gəldi: Qadağa və məhdudiyyətlər tətbiq ediləcək
Kanadanın bir neçə əyaləti ABŞ-də istehsal edilmiş alkoqollu içkilərin satışına məhdudiyyətlər və ya tam qadağa tətbiq etməyə başlayıb.
Oxu.Az-ın "The Globe and Mail"ə istinadən verdiyi xəbərə görə, bu tədbirlər ABŞ-nin Kanada mallarına 25% həcmində ticarət tarifləri tətbiq etməsinə cavab olaraq görülüb.
Nəşrin məlumatına görə, Britaniya Kolumbiyası, Ontario, Kvebek, Yeni Şotlandiya, Manitoba, Nyufaundlend və Labrador əyalətlərinin, eləcə də Şimali-qərb ərazilərinin hakimiyyətləri artıq məhdudlaşdırıcı tədbirləri barədə elan veriblər.
İlkin məlumata görə, ABŞ-nin 35 ştatından olan 3.6 mindən çox adda məhsula qarşı məhdudiyyət tətbiq ediləcək.
Bundan savayı, Britaniya Kolumbiyasının səhiyyə müəssisələrinə ABŞ mallarını almağı qadağan etmək və Kanada mallarını almağı öhdələrinə qoymaq planlaşdırılır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan olan idxal mallarına 25%, Çindən olanlara isə 10% rüsumlar tətbiq edib. Onun sözlərinə görə, rüsumlar neft, qaz, polad, alüminium, mis və mikroçiplərə aiddir.
Rəylər