Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada daha bir yaşayış məntəqəsində araq içmək qadağan edildi
Rusiyada daha bir yaşayış məntəqəsində alkoqol qəbulu qadağan edilib.
Bu barədə Oxu.Az "Buryatiya-Onlayn" "Telegram" kanalına istinadla xəbər verir.
Buryatiya regionunun Malıy Narın kəndinin sakinləri yığıncaq keçiriblər və öz yaşayış məntəqələrini spirtli içkinin içilmədiyi zona elan etmək barədə yekdliliklə qərar qəbul ediblər.
Əhali hakimiyyət orqanları, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yaşayış məntəqəsində spirtli içkilərin satışının tam qadağan edilməsi qərarına gəlib.
Qeyd edilir ki, bu, regionda yerli əhalinin spirtli içkilərin qəbuluna qarşı fəal mübarizə aparan ilk yaşayış məntəqəsi deyil. Malıy Narın Buryatiyada bu cür addım atan sayca 30-cu yaşayış məntəqəsidir.
"Alkoqollu içkilər" teqi üzrə xəbərlər
- Tündlüyü beş faizdən yuxarı olan alkoqollu içkilərin reklamı qadağan OLUNUR
- Şəkərli diabetdən əziyyət çəkən insana spirtli içki olar?
- Alkoqolun orqanizmdən tamamilə xaric olması üçün nə qədər vaxt lazımdır?
- Pivə hansı bağırsaq xəstəliyinə gətirib çıxarır? - Rusiyalı həkim təhlükələrdən danışdı
- Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi