Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

NASA-da tarakanlar peyda olub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Vaşinqtondakı qərargahında işləyən əməkdaşlar ölkə Prezidenti Donald Trampın əmrinə görə tarakanlarla birgə işləməyə məcbur qalıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Beynəlxalq Mexanika Mühəndisləri Federasiyasının rəhbəri Mett Biqqsin sözlərinə görə, əməkdaşların uzun müddət məsafədən işləməsi və ofislərdə olmaması səbəbindən iş yerlərində tarakanlar peyda olub.
"NASA-nın qərargahında tam bir xaos hökm sürür. Əgər stolunuz və ya kompüteriniz yoxdursa, işinizi görə bilməzsiniz. İnsanlar daha az məhsuldar olublar", - o deyib.
Qeyd olunur ki, belə vəziyyət Trampın məsafədən işləyən işçiləri ofislərə qaytarmaq barədə verdiyi əmr ilə bağlıdır. Bu sənəd bir sıra dövlət qurumlarını əhatə edib, lakin onların heç də hamısı işçiləri qəbul etməyə hazır deyillər. Nəticədə, bəzi ofislərdə masalar uğrunda mübarizə gedir və mebel çatışmadığı üçün işçilər məcburən yerdə işləyirlər.

"Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA)" teqi üzrə xəbərlər
- İnsanların Marsa uçuşu yaxın 10 il ərzində mümkün olacaq
- NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir
- NASA su axtarmaq üçün Mars planetinə helikopter göndərəcək
- Ağ Ev "SpaceX"lə 5.9 milyard dollarlıq müqavilə imzalayıb
- Mask NASA-nın insanların Marsa göndərilməsinə dair proqramlarına yenidən baxacaq