Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Sabah" bir mövsümdə heç-heçə rekordunu təkrarlayıb
"Sabah" klubu Azərbaycan çempionatlarında bir mövsümdə heç-heçə rekordunu təkrarlayıb.
Oxu.Az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu, 1:1 hesabı ilə başa çatan XXVII turun "Zirə" ilə görüşünə təsadüf edib.
Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 14-cü heç-heçəsini edib.
Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/2010 mövsümündə "Neftçi", üç il sonra "Bakı" 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/2021 mövsümündə isə "Zirə" eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə "Sabah" mütləq rekordun müəllifi olacaq.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Avrokuboklar uğrunda gərgin mübarizə: Azərbaycan Premyer Liqasının çempionluq sınağı
- "Səbail"in yeni baş məşqçisi rəsmi AÇIQLANDI
- "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşmədi
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- "Sumqayıt"dan mövsümdə ilk, tarixdə 10-cu dəfə böyükhesablı qələbə