Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ husiləri dəniz quldurları sayır
ABŞ Yəmənin şimalında hökmranlıq edən "Ənsar Allah" hərəkatını dəniz quldurları və Qırmızı dənizdə daimi təhlükə mənbəyi hesab edir.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus "Fox Business" telekanalına müsahibəsində bildirib.
"Bunlar dünyanın hamımıza təsir göstərən hissəsinə nəzarət edən dəniz quldurlarıdır və bu bitəcək", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Xatırladaq ki, martın 16-na keçən gecə ABŞ öz gəmilərini qorumaqdan ötrü husilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb: ABŞ ordusu Yəmən ərazisindəki hədəflərə silsilə zərbələr endirib.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- ABŞ-də qalmaqal: Jurnalist rəsmilərin çat qrupuna salındı, planlar sızdırıldı
- Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endiriblər
- ABŞ Yəmənin paytaxtına zərbələr endirib: Ölənlər və yaralananlar var
- Uolts: "ABŞ ordusu husilərin liderlərini zərərsizləşdirib"
- İran husiləri bölgədəki vəziyyəti gərginləşdirməməyə çağırdı