Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Uolts: "ABŞ ordusu husilərin liderlərini zərərsizləşdirib"
ABŞ ordusu Yəmənin "Ənsar Allah" hərəkatının liderlərini zərərsizləşdirib, hərəkatın qərargahına və silah fabriklərinə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts "CBS News"a açıqlamasında bildirib.
"Biz husilərin liderlərini, o cümlədən raket mütəxəssislərini məhv etmişik, onların qərargahına, rabitə mərkəzlərinə, silah istehsalı zavodlarına və hətta bəzi suüstü pilotsuz aparat istehsalı obyektlərinə zərbə endirmişik", - deyə o bildirib.
Uolts zərərsizləşdirilən şəxslərin kimliyini açıqlamayıb.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin və yaralananların sayı artdı
- Pentaqon rəhbərinin müşaviri məlumat sızması ilə bağlı araşdırma səbəbindən məzuniyyətə göndərilib
- "X" sosial şəbəkəsi husilərin hesabını blokladı
- Netanyahunun ABŞ-yə səfəri – Region üçün hazırlanan may sürprizləri
- KİV: Yəməndə husilərə qarşı quru əməliyyatı hazırlanır
Ən çox oxunanlar