Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Kristof Hoysgen Almaniyanın xarici işlər naziri Annalena Berbokun BMT-nin Baş Assambleyasının sədri vəzifəsinə mümkün namizədliyinin irəli sürülməsini həyasızlıq hesab edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Tagesspiegel" qəzetinə açıqlamasında bildirib.
Almaniya hökumətindəki mənbələrə istinadən verilən məlumata görə, Almaniya Nazirlər Kabineti Berboku 2025-2026-cı illər üçün BMT-nin Baş Assambleyasının prezidenti vəzifəsinə namizəd kimi irəli sürməyi planlaşdırır. Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi ATƏT-in keçmiş baş katibi və diplomat Helqa Şmidtin namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlamışdı.
"Almaniyanın beynəlxalq təcrübəyə malik ən yaxşı diplomatını köhnəlmiş bir modellə əvəz etmək həyasızlıqdır", - deyə o bildirib.
"Annalena Berbok" teqi üzrə xəbərlər
- Berbok: "Gözləyə bilmərik, vəziyyət ciddidir"
- Almaniyanın xarici işlər naziri: "Keçmişdə seksual hərəkətlərə məruz qalmışam"
- Avropa İttifaqı Ukrayna üçün 700 milyard avroluq yardım paketi hazırlayır
- Almaniyanın ən böyük düşməni bəlli oldu
- Berbokla Şoltsun görüntüləri sosial şəbəkələrdə memə çevrildi