"Yeni məktəblərin açılması ilə bağlı bu il məhsuldar olacaq. Şuşa şəhərində 1 nömrəli məktəbin açılması ilə yanaşı, Xocalıda yeni məktəbimizdə sentyabrın 16-dan dərslər start götürəcək. Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli məktəb fəaliyyətə başlayacaq. Eyni zamanda Cəbrayıl şəhər məktəbinin də bu tədris ilində fəaliyyətə başlaması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Suqovuşanda (Ağdərə), Kəlbəcərdə, Susda (Laçın) oktyabr-noyabr aylarında əhalinin köçü ilə dərslər davam etdiriləcək:
"Ümumilikdə 10-a yaxın məktəbimizin fəaliyyəti təmin olunacaq. Növbəti illərdə daha çox məktəbin fəaliyyətə başlaması planlaşdırılır. O məktəblərin tikintisi hazırda aparılır".
Nazir: "Sentyabrın 16-dan Xocalı və Şuşadakı məktəblərdə dərslər başlayacaq"
Məhərrəm Əliyev
Rəylər