25 
Mar
2022
06:01
261
44
4240
Virtual karabakh

Hiperkarın sürəti 437 km/saata çatdı – VİDEO

25 Mar, 2022
06:01
4240

Hiperkarın sürəti 437 km/saata çatdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hennessey Venom F5”-in yaradıcıları hiperkarın rəsmi sənədlərində maksimal sürəti saatda 311 mil (500 kilometr) göstərirlər. Halbuki indiyədək keçirilən sınaqlarda avtomobil yalnız saatda 322 və 402 kilometr sürət həddini qət etməyi bacarıb.

Bu dəfə mühəndislər ABŞ-ın Florida ştatında test meydançasında təhlükəsizlik yastıqları olmayan hiperkarı saatda 437 kilometrədək sürətləndirməklə rekorda imza atıblar.

Qeyd edək ki, ilin sonuna qədər istehsalçı şirkət 12 hiperkar hazırlamağı planlaşdırır.

“Hennessey Venom F5”-in kapotu altında 6,6 litrlik V8 turbomühərriki var. Aqreqat 1817 at gücünə malikdir. Hiperkar 2,6 saniyəyə “yüz”ü sıxır. Eyni zamanda, model saatda 400 kilometr sürəti 15,5 saniyəyə yığır.

Mənbə: motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri