16 
Apr
2022
06:50
179
12
5196
Virtual karabakh

“Tesla”nın yeni rəqibi təqdim olundu

16 Apr, 2022
06:50
5196

“Tesla”nın yeni rəqibi təqdim olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə qurulan “Independent Electric Vehicles” şirkəti ilk məhsulu olan “Indi One” elektromobilini nümayiş etdirib.

Bu, müasir dizaynlı və tam ötürücülü beş nəfərlik elektrik krossoveridir.

Elektromobil ön paneldə iki sensor ekranlı monitorla və internetə çıxış üçün 5G modemilə təchiz edilib. Burada həmçinin mikrofonlar və üçü kabinədə yerləşən beş kamera var.

Elektrik krossoveri panoramik şüşə dam və pnevmatik asqıya malikdir.

O, Standard və Premium varianta malikdir. Sonuncu versiyada elektromobil hər ox üçün ayrıca mühərriklə təchiz olunur. Onların ümumi qüvvəsi 482 at gücü təşkil edir. 95 kilovat-saatlıq batareya 480 kilometrə qədər məsafə qət etməyə imkan verir. Bu versiyanın maksimal sürəti saatda 209 kilometr, yerindən ilk “yüzlüyə” qədər sürətlənmə vaxtı isə 4,2 saniyədir.

Yolsuzluq avtomobilinin qiyməti 45 - 69 min dollar arasında dəyişir.

Mənbə: motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri