Dek
2023
05:26
141
31
4114
Virtual karabakh

Mask yenə rekorda imza atdı: 800 kilometr məsafə, iki milyon sifariş - FOTO/VİDEO

2 Dek, 2023
05:26
4114

Mask yenə rekorda imza atdı: 800 kilometr məsafə, iki milyon sifariş - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı milyarder İlon Maskın “Tesla” şirkəti “Cybertruck” pikapının kütləvi satışına başlayıb. Elektrikli pikapın ən ucuz versiyası 60 990 dollara (103,5 min manat) başa gələcək ki, bu da 2019-cu ildə vəd edilən 40 min dollardan (68 min manat) xeyli çoxdur.

Pikapın ən güclü versiyası olan “Cyberbeast”, eləcə də tam ötürücülü versiyaları 2024-cü ildən başlayaraq müştərilərə müvafiq olaraq 100 min dollar (170 min manat) və 80 min dollarlıq (136 min manat) başlanğıc qiymətlərlə təqdim olunacaq.

Şirkətdən verilən məlumata görə, avtomobil 1,5 tondan çox yük daşıya, 96 km/saat sürəti 2,9 saniyəyə yığa və bir akkumulyatorun doldurulması ilə 800 km məsafə qət edə biləcək.

“Cybertruck” sifarişləri artıq 2 milyona çatıb.

Qeyd edək ki, “Cybertruck”ın imkanlarının sərgiləndiyi videoda Mask pikapın pulemyotla atəşə tutulma anını göstərib. Kadrlarda maşının gövdəsi əzilsə də, deşilmədiyi görünür.

Bundan əvvəl “Tesla” şirkəti pikapı oxla sınamasının görüntülərini paylaşmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri