21 
Fev
2024
23:02
52
33
2001
Virtual karabakh

Əfsanəvi Con Lennonun sifarişi ilə hazırlanan avtomobil satışa çıxarılıb - FOTO

21 Fev, 2024
23:02
2001

Əfsanəvi Con Lennonun sifarişi ilə hazırlanan avtomobil satışa çıxarılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The Beatles” qrupunun üzvü, əfsanəvi musiqiçi Con Lennonun sifarişi ilə 1970-ci illərin əvvəllərində hazırlanan “Mercedes-Benz 600 Pullman” limuzini satışa çıxarılıb.

Bu barədə avtomobili hərraca çıxaran Britaniyanın “Tom Hartley Jnr” şirkətindən xəbər verilib.

Bildirilir ki, belə sağ sükanlı “Mercedes-Benz” limuzinlərdən cəmi 39 ədəd istehsal edilib, lakin Lennonun istəyi ilə bu modeldə “Blaupunkt” radiosu, “Pioneer” maqnitofonu, “Philips-Mignon” pleyeri və bir neçə səsgücləndiricidən ibarət təkmilləşdirilmiş audiosistemi əlavə edilib.

Lennon bu avtomobili ABŞ-yə köçdükdən sonra alıb, 1974-cü ildə isə avtomobil ifaçının “The Beatles” qrupundan həmkarı Corc Harrisona keçib. Avtomobil daha sonra “The Supremes”dən Meri Uilsona məxsus olub, o, maşını ABŞ və Böyük Britaniyada qastrol səfərlərində sürüb.

1990-cı illərdə “Mercedes-Benz” limuzini Uilsondan alıb və onu tamamilə bərpa edib.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri