119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, iyunun 1-dən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.
Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN təşkil edir.
Qaynar xətt:
(055) 224 12 12