Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
120 tikinti obyektində qanunsuzluq aşkarlandı – 454 min manatlıq cərimə
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ötən il aparılan monitorinqin nəticələri açıqlanıb. 120 tikinti obyektində 351 nəfərin əmək və ya xidməti müqavilə olmadan çalışdığı aşkar olunub.
Oxu.Az xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik məlumatında bildirilib.
Bu pozuntularla bağlı dörd işəgötürən təşkilat barədə toplanılmış materiallar Baş Prokurorluğa göndərilib.
Ümumilikdə isə 454 min manat inzibati cərimə tətbiq edilib.
Qeyd edək ki, illik məlumat parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov