Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

14 yaşlı qıza xalasının qeyri-rəsmi nigahda yaşadığı kişi zorakılıq edib - İDDİA
Bir neçə gündən sonra 14 yaşı tamam olacaq. Digər həmyaşıdlarından fərqli olaraq, həyat onu valideyn himayəsindən, ana və ata qayğısından məhrum edib. 7 yaşı olanda anasını itirib, atası isə 14 yaşlı qızcığaza sahib çıxmaqdan imtina edib. Anasının ölümündən sonra ona xalası baxıb. Elə həyatının qaranlıq günləri də bundan sonra başlayıb.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla bildirir ki, Sabunçu rayonunda xalasının himayəsində yaşayan qız məktəbə getməyib, oxuyub-yazmağı isə indi öyrənir.
O iddia edir ki, xalasının qeyri-rəsmi nikahda yaşadığı, 49 yaşlı Tahir Sadıqov tərəfindən ona qarşı qeyri-etik hərəkətlər edilib.
Azyaşlı qız bildirir ki, bununla bağlı digər qohumlarına məlumat versə də, onun dediklərinə məhəl qoyan olmayıb. Tam 7 il ərzində xalasının evində şiddətə və istismara məruz qalıb.
49 yaşlı Tahir isə qızcığazı başına gələnləri danışacağı təqdirdə, çəkdiyi videoları yaymaqla hədələyib.
Ətraflı süjetdə:

"Cinsi istismar" teqi üzrə xəbərlər
- Bakıdan tanış olduğu qadınları iş adı ilə İstanbula çağırıb - 65 yaşlı qadın HƏBS EDİLDİ
- ABŞ-də səs-küylü məhkəmə: Diddi yeni cinsi cinayət ittihamlarına görə hakim qarşısına çıxarıldı
- Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR
- Teylor Svift Kanye Uesti cinsi təcavüzə görə məhkəməyə verir
- Van Dammın adı Rumıniyada insan alveri ilə bağlı cinayət işində hallandı