Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
17 yaşlı Türkanənin vəziyyəti ağırdır: Yaraları irinləyib, təcili müalicəyə başlamalıdır
17 yaşlı Türkanənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Dinar Allahverdiyeva məlumat verib.
O bildirib ki, övladı təcili əməliyyat olunmalıdır:
"Türkanənin 17 yaşı var, onun yeddi yaşı olanda qulağının arxasında çürümə getdiyini öyrəndik. 10 yaşında bir dəfə, 16 yaşında ikinci dəfə, bir ay əvvəl isə üçüncü dəfə əməliyyat olundu. Hazırda onu bəzi müayinələrdən keçirməli və müalicələrinə başlamalıyıq. Amma maddi olaraq buna imkanımız çatmır. Müalicələri edə bilmədiyimiz üçün isə yaraları irinləyib, həkim bir az da gözləsək, onun yenidən əməliyyat oluna biləcəyini deyib".
Dinar Allahverdiyeva qızının müalicə və müayinəsi üçün hazırda 600 manata ehtiyacları olduğunu deyib:
"Mənim yoldaşım 9 il əvvəl vəfat edib. Həmin gündən üç körpə balamla tək qalmışam. Özüm evlərə təmizliyə gedib balalarımı saxlayıram. Türkanənin cəmi iki günü qalıb, sizdən xahiş edirəm balama dəstək olun".
Ailə ilə əlaqə: (070) 621-52-92.
Kapital Bank: 4169 7388 5878 8155.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yalnız anadan yardım ÇAĞIRIŞI: "Övladımın dəstəyə ehtiyacı var"
- Bir yaşlı Əsəd təcili əməliyyat olunmalıdır
- Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
Rəylər