Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
2 nömrəli avtobus niyə 40 dəqiqədən bir GƏLİR? - AYNA-dan CAVAB
Paytaxtda marşrut avtobuslarının problemlərindən biri də intervaldır. Sərnişinlər səhər və axşam saatlarında bəzi avtobusları yarım saat və daha çox gözləyirlər. Hər keçən dəqiqə dayanacaqda insan sayı artdığından avtobusda sıxlıq yaranır. Şəhərdaxili avtobuslarda kondisionerlər quraşdırılsa da, sərnişin çoxluğundan, istidən ayaq üstə yol getmək dözülməz olur.
Belə marşrut avtobuslardan biri Bakı Beynəlxalq Avtovağzalı - Nərimanov rayonu marşrut xətti üzrə hərəkət edən 2 nömrəli avtobusdur.
Sərnişinlər sözügedən marşrut avtobusunu hər gün pik saatlarda 40 dəqiqədən çox gözlədiklərini deyirlər. Xatırladaq ki, yay ayları olduğu üçün Bakıda çalışan işçilərin bir qismi məzuniyyətə, tələbələr isə tətilə çıxıblar. Üstəlik, iyun ayının 30-u ictimai nəqliyyatda gediş haqlarının artırılması keyfiyyətin və rahatlığın təminatına xidmət etməli idi. Görünən odur ki, payızda durum bundan da pis olacaq.
Bəs marşrut avtobuslarının intervalının həddən artıq çox olmasına səbəb nədir? 2 nömrəli marşrut xəttində avtobusların sayı artırıla bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən avtobusun intervalı 6-7 dəqiqədir:
"2 nömrəli marşrutda sərnişin tələbatına uyğun olaraq mütəmadi 20 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin şəhərin müəyyən yollarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur".
"Avtobus marşrutu" teqi üzrə xəbərlər
- Bakıda dörd marşrutun hərəkət sxemi dəyişdirilir, yeni marşrut xətti istifadəyə verilir
- Metronun "20 Yanvar" stansiyasından Sumqayıta ekspres marşrut xətti istifadəyə verilir
- Bakıda sərnişin avtobusunun içinə yağış yağıb
- Bakıda 40-dan çox marşrutun fəaliyyəti bərpa edilir
- Bu xəbərləri qaçırmayın: 15.11.2024-ün ən mühüm hadisələri
Rəylər