20 saylı ümumtəhsil məktəbinin sökülməsi haqqında şayiələr gəzir. Şagirdlərin valideynlərinin və məktəb müəllimlərinin məlumatına görə, bina söküləcək, onun ərazisi isə yaxınlıqda yerləşən Fövqəladə Hallar Nazirliyinin ərazisinə birləşdiriləcək.
Bununla əlaqədar Oxu.Az redaksiyası müvafiq sorğu ilə müraciət edib.
Oxu.Az-a Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, 20 saylı məktəbin sökülməsi planlaşdırılmır.
“Bina sökülməyəcək, amma tədris şəraitinin yaxşılaşdırılması və yeni tələblərə müvafiqliyinin təmin edilməsi üçün təmir işləri aparılacaq”, - İdarədə bildiriblər.