Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

22 yaşlı şirvanlı gənc itkin düşdü – FOTO
9 avqust 1992-ci il təvəllüdlü Şirvan sakini Qasımov Məhərrəm Fəhmül oğlu 4 gündür yoxa çıxıb.
Oxu.Az xəbər verir ki, itkin düşmüş Məhərrəmin qardaşı Məhəbbət Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, qardaşının ad günündən bəri ondan xəbər ala bilmirlər.
“9 avqustda ad günü idi. Zəng vurub təbrik etdim, harada olduğunu soruşdum. “Çöldəyəm” dedi. O gündən bu yana qardaşımdan xəbər yoxdu. Nə telefonuna zəng çatır, nə də evə gəlib. Çox narahatıq. Hər yeri axtarırıq, tapa bilmirik. Heç kimdən şübhələnmirik. Biz sakit ailəyik, düşmənimiz yoxdur”, - deyə Məhəbbət bildirir.
Qardaşının sözlərinə görə, Bakıda işləyən Məhərrəm Nərimanov rayonunda yaşayan bacısı Qasımova Jalənin yanında qalıb. 10 gün bundan qabaq isə işdən ayrılıb.
Yaxınları Məhərrəm Qasımovun itkin düşməsilə bağlı Şirvan rayon Polis İdarəsinə, Bakı şəhəri Nərimanov rayonu 17-ci Polis Bölməsinə müraciət ediblər.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib