Bakıda klinikada yanğın olub.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən “Laçın” klinikasında qeydə alınıb.
Elektrik sayğacında meydana gələn yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində klinikaya ciddi ziyan dəyməyib.
16:09
Bakıda klinika yanır.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Laçın” klinikasında güclü yanğın başlayıb. Alovun söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib.
Bildirilir ki, klinikadakı yanğın elektrik qovşağında başlayıb. Ətraflı məlumat veriləcək.