Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? - Qurumdan AÇIQLAMA
Tutacaqları qırılıb, ayaq qoyulan hissəsi kəndirlə bağlanıb, naqilləri də açıq vəziyyətdə.
Əlilliyi olan 29 yaşlı Cavidan Gülüşlü ömrünü məhz bu təkərli araba ilə birlikdə keçirir. Cavidanın illərdir birlikdə gəzdiyi təkərli yol yoldaşı nasaz vəziyyətə düşüb.
Onun sözlərinə görə, arabasının bu vəziyyətdə olması onun işlərini çətinləşdirib. Evdən çıxa bilməyən gəncin rahat hərəkət etməsi artıq müşkülə çevrilib. O, başına gələnlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzinə müraciət edib. Oradan isə ona arabanı yeniliyə bilməyəcəklərini deyiblər. Buna səbəb kimi isə yenilənmənin 5 ildən bir olduğu qeyd edilib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bildirib ki, vətəndaşın probleminin həll olunmamasına səbəb onun rəsmi şəkildə quruma müraciət etməməsidir.
Qeyd edilib ki, Cavidan Gülüşlü yaxın günlərdə yeni təkərli oturacaqla təmin olunacaq.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA)" teqi üzrə xəbərlər
- Bu ilin on bir ayında əlillik təyin olunan şəxslərin sayı açıqlandı
- Xəstəxana önündə halı pisləşən şəxsə həkim yaxın durmayıb? - RƏSMİ MÜNASİBƏT
- Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
- Keçmiş TSEK sədrinin işi Ali Məhkəmədə
- Dövlət Agentliyi: "Özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil"
Rəylər