Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
32 ildən sonra Laçın şəhərində toy sədası eşidilib
32 ildən sonra Laçın şəhərində ilk dəfə toy sədaları eşidilib.
Burada sonuncu toy 1992-ci ildə, işğaldan bir neçə gün əvvəl baş tutmuşdu.
Bəy Niyazi Məmmədov təəssüratlarını Baku TV ilə bölüşüb: "Ağlıma belə gəlməzdi ki, bir gün öz doğma torpağımızda mənə toy qismət olacaq, şəhərimizin ilk toyu mənə qismət olar".
Bəyin atası Zöhrab Məmmədov isə deyib: "Gözəl Laçınımızdayıq. Bu gün mənim böyük oğlumun toyudur. Allahın bu gününə şükür! Laçına gəlib toy edəcəyimiz ağlımıza gəlmirdi. Yuxularda gördüyümüz bir şey idi".
Ətraflı süjetdə:
32 ildən sonra Laçın şəhərində toy sədası eşidilib
"Laçın şəhəri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər