"Yaxın gələcəkdə Laçın şəhərinin müxtəlif ərazilərində 10, Qarıkahada isə 19 yaşayış məntəqəsinin tikintisi planlaşdırılır".
Bunu Prezidentin Laçın rayonundakı xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bərpa-quruculuq işləri ilə bağlı danışarkən söyləyib.
O həmçinin qeyd edib ki, tezliklə Laçının bir neçə kəndində - Ərikli, Şəlvə, Pircahan, Güləbird, Minkənddə də işlərə başlanılması gözlənilir.
"Turizm infrastrukturunun qurulması istiqamətindəki işlər çərçivəsində yaradılacaq Laçın kanat yolu eyni zamanda logistik məqsədlər üçün istifadə ediləcək və şəhərə gözəllik qatacaq", - deyə H.Quliyev əlavə edib.
Ətraflı Baku TV-nin videomaterialında: