Laçında "Yurd" qalereyasında tanınmış rəssam Yusif Mirzənin "31 il sonra" adlı ilk fərdi sərgisi açılıb.
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər sərginin təkcə incəsənət hadisəsi deyil, həm də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin və bu yolda canından keçən şəhidlərimizin ruhuna ehtiramının təcəssümü olduğunu diqqətə çatdırıblar.
Sərgidə təqdim olunan əsərlər rəssamın "Laçın etüdləri" ilə başlayan, uzun illər Vətən həsrəti ilə davam edən və bu gün azad olunmuş torpaqların dirçəlişindən ilhamlanan sənət yolunu əks etdirir.
Ekspozisiya ziyarətçilərə Laçının təbiətini, incəsənətini və Qarabağ ruhunu yaxından hiss etmək imkanı yaradıb.
Əzizə İsmayılova