Alanyanın Aliefendi məhəlləsində başlayan yanğın İspatlı, Kocaoğlanlı, İshaklı və Kargıcak məhəllələrinə keçərək yaşayış məntəqələrinə də çatıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
100-dən çox evin, həmçinin Kargıcak məhəlləsində 50-yə yaxın villanın təxliyə edildiyi qeyd edilir.
Ərazidə ehtiyat tədbiri olaraq elektrik enerjisinin verilməsi dayandırılıb. Alov istixanalara və bağlara da ziyan vurub.
Türkiyənin Muğla və Antalya bölgələrində güclü meşə yanğını başlayıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Muğlanın Milas və Antalyanın Alanya rayonlarında baş verən meşə yanğınına qarşı tədbirlər davam edir.
Bildirilir ki, gecə saatlarında başlayan yanğın güclü külək və qasırğa səbəbindən sürətlə geniş əraziyə yayılıb. Ərazidə Meşə Təsərrüfatı İdarəsi, Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD), yanğınsöndürmə, bələdiyyə və jandarm qrupları alovu nəzarət altına almaq üçün çalışırlar. Yanğınsöndürənlərə könüllülər və sakinlər də dəstək olurlar.
Həmçinin ərazidəki alovlar içində qalan və qalma təhlükəsi olan evlərdən təxliyə işləri aparılır.