İlk dəfə ana olan gənc xanımlar tez-tez çoxdan gözlədikləri və sevimli körpələrinin şıltaqlıqları və göz yaşları qarşısında aciz qalırlar!
Doğrudur, ətrafda uşaqların tərbiyəsində təcrübəyə malik nənələr, dayələr, qohumlar var, amma çox zaman yaşlı nəsil, uşaq mağazalarının piştaxtalarında təqdim edilmiş uşaqlara qulluq üçün müasir vasitələrin çeşidlərindən xəbərsizdirlər.
Elə gənc analar da belə geniş seçim qarşısında özlərini itirirlər.
4Moms və “Sevimli bala” Uşaq klubu gənc analar üçün xeyriyyə seminarı keçirir.
Seminarda pediatr və kardioloq doktor Petropolus, eləcə də tibb elmləri namizədi doktor Rəfiyeva yeni doğulan və südəmər körpələrdə qarın sancıları ilə necə mübarizə aparmaq, dərman vasitələrindən istifadə etmədən körpənizi artıq əziyyətlərdən xilas etmək, gələcəkdə uşağın heç bir probleminin olmaması üçün qida sisteminin formalaşması mərhələsini uğurla keçmək barədə məsləhətlər verəcəklər.
Seminar avqustun 21-də saat 17:00-da S.Vurğun küçəsi, 132B ünvanında 4Moms mağazasında keçiriləcək.
İştirak etmək üçün məbləğ – 20 AZN
Qeydiyyat mütləqdir!
Əlavə məlumat və qeydiyyat üçün (051) 495 05 05 və (012) 595 05 05 nömrələrinə zəng edə bilərsiniz.
Seminarın keçirilməsindən əldə edilən vəsait Bakının uşaq evlərindən birinə sərf edilməsi məqsədi ilə “Uşaqların xoşbəxt gələcəyi” təşkilatına təqdim ediləcəkdir.
