Göyçay sakini, 31 yaşlı Nihad Əliyev ixtisasca iqtisadçı olsa da, hazırda rəssamlıqla məşğul olur.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, o ilk dəfə heyvan aləmi haqda rəsmlər çəkib.
Deyir ki, 4 yaşında olarkən özündə bu istedadı hiss edib. Rəssamlıqla bağlı təhsili olmasa da, çəkdiyi rəsmlər peşəkarların əl işindən fərqlənmir.
Həvəskar rəssam portretləri həm hansısa şəkilə baxaraq, həm də qarşısındakı adama canlı baxaraq çəkir.
Nihad Əliyevin sözlərinə görə, çəkdiyi portret və əsərlər yerli və xarici tanınmış rəssamlar tərəfindən bəyənilib. Hazırda çəkdiyi əsərlər də dünyanın məşhur şəxslərinin portiretləridir.
Hazırda kolleksiyasında 50-dən çox rəsm əsərləri olan Nihad Əliyevin ən mühüm qabiliyyətlərindən biri də 7 xarici dil bilməsidir.
S.B.
www.oxu.az