Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, layihə çərçivəsində rayonunun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək.
Ümumilikdə layihədən 14 minədək sakin faydalanacaq. Birinci mərhələdə abonentlərə sayğaclar da quraşdırılıb.
Bu işlər aparılarkən dağıdılmış asfaltlar da yenidən düzəldilir.
Bundan əlavə tullantı suların təmizlənməsi üçün xüsusi qurğular quraşdırılır.
S.B.
www.oxu.az