Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
85 nömrəli avtobusdan ŞİKAYƏT: Sürücülər sərnişinləri niyə İNCİDİRLƏR?
Paytaxtın Adil Məmmədov bağı dayanacağından metronun "28 may" stansiyası istiqamətində hərəkət edən "Xaliq Faiqoğlu" MMC şirkətinə aid 85 nömrəli avtobusun fəaliyyətində ciddi problemlər var. Avtobusun intervalında günün istənilən saatlarında gecikmələr baş verir.
Sərnişinlər uzun müddət avtobus gözləməli olurlar. İnterval xəttində marşrut sayının az olması sıxlığa səbəb olur.
Həmçinin bu avtobusların sürücülərinin sərnişinlərə qarşı davranışı da narahatlığa gətirib çıxarır. Havaların isti olmasına, sərnişinlərin sıxlığına baxmayaraq, sürücülərə dəfələrlə narazılıq bildirdikdən sonra kondisioneri işə salırlar.
Sərnişinlərin mütəmadi şikayətlərinə isə nə sürücülər, nə də aidiyyəti qurumlar məhəl qoyur. Bizim.Media məsələ ilə bağlı "Xaliq Faiqoğlu"MMC şirkətinə müraciət etsə də, telefon zənglərinə cavab verən olmayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə sorğunu hazırda cavablaya bilmədiyini, əlində vacib işlərin olduğunu deyib.
"Avtobus marşrutu" teqi üzrə xəbərlər
- Bakıda dörd marşrutun hərəkət sxemi dəyişdirilir, yeni marşrut xətti istifadəyə verilir
- Metronun "20 Yanvar" stansiyasından Sumqayıta ekspres marşrut xətti istifadəyə verilir
- Bakıda sərnişin avtobusunun içinə yağış yağıb
- Bakıda 40-dan çox marşrutun fəaliyyəti bərpa edilir
- Bu xəbərləri qaçırmayın: 15.11.2024-ün ən mühüm hadisələri
Rəylər