Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nazir: "Azərbaycan və ABŞ enerji sahəsində güclü əməkdaşlıq qurub"
"Azərbaycan terrorizmə və qlobal təhdidlərə qarşı mübarizədə ABŞ ilə səmərəli əməkdaşlıq edir, bundan əlavə, enerji sektorunda güclü əməkdaşlıq qurulub".
"Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
"Azərbaycan noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir", - nazir bildirib.
O qeyd edib ki, Azərbaycan eyni zamanda ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirir.
S.Şərifov əlavə edib ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpası, reinteqrasiya və regional kommunikasiyaların bərpasında ABŞ-dən dəstək gözləyir.
"Samir Şərifov" teqi üzrə xəbərlər
- Samir Şərifov dörd ölkə ilə iqtisadi əlaqələri tənzimləyəcək
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub
- Prezident Samir Şərifova daha bir vəzifə verdi
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibinə dəyişiklik edildi
- Prezident İlham Əliyev Samir Şərifova yeni vəzifə həvalə etdi