Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, minik avtomobili 1965-ci il təvəllüdlü Mirvari İsayevanı vuraraq ağır xəsarət yetirib.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli