Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bu ilin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB
2020-ci ilin ilk Ay tutulması başa çatıb.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a bildirilib ki, birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib.
Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayıb və yanvarın 11-i saat 01:12-də sona çatıb. Tutulmanın maksimumu saat 23:11-də olub. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub.
Adi gözlə izləmək isə çətin olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da izlənilib.
21:08
2020-ci ilin ilk Ay tutulması başlayıb.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a bildirilib ki, birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verir.
Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayıb və yanvarın 11-i saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da izlənilə biləcək.
2020-ci ildə dörd Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin hesab edilir.
İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək. Bu da həmçinin yarımkölgəli Ay tutulmasıdır.
İlhamə Əbülfət
Rəylər