Bakı Şəhər İcra Hakimiyyəti və “Azərsu” Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumat 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin rəsmi saytında yerləşdirilib.
Belə ki “Bakı Mərkəzi Bazar” MMC tərəfindən aktın ləğv edilməsi ilə bağlı “Azərsu” məhkəməyə verilib.
Məhkəmə baxışı mayın 27-də keçiriləcək. BŞİH ilə bağlı isə “Dostluq İnşaatçı” Müəssisəsi tərəfindən məhkəməyə müraciət edilib. Meriyanın məhkəməyə verilməsinin səbəbi müqavilənin ləğv edilməsidir.