Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ADSEA sədri: "Azərbaycanda su layihələri üçün kadr hazırlığı istiqamətində fəal iş aparılır"
"Azərbaycanda su layihələrinə kadr hazırlığı və gender perspektivlərini daxil etmək üçün fəal işləyirik".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Su və gender bərabərliyi" mövzusunda Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşların və təşkilatların dəstəyi ilə biz layihələrimizə bu sahədə kadr potensialını gücləndirmək və sahəvi biliklərin öyrədilməsi proqramlarını daxil etmişik. Bu təşəbbüslər artıq müsbət nəticələr verib, lakin biz uzun bir yolun hələ başlanğıcındayıq. Məqsədimiz cinsindən asılı olmayaraq bütün vətəndaşların su ehtiyatlarımızdan bərabər şəkildə faydalanmasını və onların idarə olunmasına töhfə vermək imkanını təmin etməkdir.
Z.Mikayılov bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 5-ci gender bərabərliyinə nail olmaq və 6-cı hamı üçün su və kanalizasiya xidmətlərinin mövcudluğunu təmin etmək hədəflərinə sadiqdir:
"Bu cəbhələrdəki işimiz bir-biri ilə sıx bağlıdır. Biz ayrı-ayrı məqsədlər kimi deyil, davamlı inkişafın bir-biri ilə əlaqəli sütunları kimi su təhlükəsizliyi və gender bərabərliyini təşviq etmək üçün birlikdə çalışmalıyıq - dövlət qurumları, vətəndaş cəmiyyətləri və beynəlxalq təşkilatlar - hər birimiz bu məsələnin bərabərhüquqlu iştirakçısıyıq".
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edilib
- Dövlət Su Ehtiyatları Agentliyinin binasının üstündə niyə su çəni var?
- Masazır sakinləri vahimədə: Həyətlərini QANLI SU basıb
- Azərbaycanda 30-40 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
Rəylər