Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) Türkiyə Futbol Federasiyasının “Qalatasaray” və “Fənərbağça” komandaları arasında Türkiyə Superkuboku uğrunda matçın Bakıda keçirilməsi barədə sorğusuna rəsmi cavab verib. Azərbaycan Xəbərləri AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA avqustun 11-də Bakıda keçirilməsi təklif olunan matça qədər vaxtın az qaldığını nəzərə alaraq, TFF-in sorğusuna rədd cavabı verib. “Oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb” – federasiyanın cavabında qeyd olunur. Xatırladaq ki, bundan əvvəl Türkiyə mətbuatı matçın Bakıda keçiriləcəyinə dair razılaşmanın artıq alındığı barədə yazmışdı. Lakin göründüyü kimi, bu xəbərlər doğru çıxmadı. Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin