Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
"Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır".
Bunu "Report"a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:
"Bu işlər "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində plana uyğun davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllığını planlayaraq bunu edirik".
O qeyd edib ki, hazırda Ağdamda 3 kənddə quruculuq işləri davam edir:
"Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəssislərlə birgə kəndin bərpası üzrə işlər gedir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işlər başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri yekunlaşdıqdan köç başlayacaq".
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB
- Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
- Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...