Ağdam rayonuna güclü qar yağıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ağdama ilk qar yağıb.
Qarın yağması cəbhə kəndlərinə gedən avtomobil yollarda problem yaratmayıb. Hazırda qarın yağması davam edir.
Qeyd edək ki, dekabrın 15-də Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
A.M.