Ötən gün Ağdam rayonunda yüksəkgərginlikli elektrik dirəyinə çıxmış sərxoş kişi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xilasetmə anının görüntüləri yayılıb.
Qeyd edək ki, yüksəkgərginlikli elektrik xəttinə çıxan şəxs Ağdam rayonunun Şahbulaq kənd sakini, 2004-cü il təvəllüdlü Bünhan Yavər oğlu Əsədov olub. O, rayonun Quzanlı qəsəbəsində yaşayır.
Həmin görüntüləri təqdim edirik:
Ağdamda sərxoş kişi yüksəkgərginlikli elektrik dirəyinə çıxıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, rayonun İmamqlubəyli qəsəbəsinə qonaq gələn Pünhan adlı şəxs ərazidə yerləşən yüksəkgərginlikli elektrik dirəyinə çıxıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər və o xilas edilib.
Məlum olub ki, yüksəkgərginlikli elektrik xəttinə çıxan şəxs Ağdam rayonunun Şahbulaq kənd sakini, 2004-cü il təvəllüdlü Bünhan Yavər oğlu Əsədovdur. O, rayonun Quzanlı qəsəbəsində yaşayır.