Argentinalı mütəxəssis Maurisio Poçettinonun rəhbərliyi altında ABŞ milli komandası son 10 ilin antirekorduna imza atıb.
Bu barədə Oxu.Az "One Football" portalına istinadla xəbər verir.
Bildirilir ki, bu, evdə keçirilmiş yoldaşlıq görüşündə Türkiyəyə 1:2 hesabı ilə uduzduqdan sonra mümkün olub.
Mənbənin məlumatına görə, Poçettino 2015-ci ildə Yurgen Klinsmandan sonra ABŞ yığmasının ardıcıl üç matçda məğlub olan ilk baş məşqçisi olub.
Qeyd edək ki, Poçettinonun yetirmələri daha əvvəl Panama və Kanada millililərinə məğlub olublar.