Dolu düşməsi nəticəsində Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
“Məlum hadisə nəticəsində bir sıra kəndlərdə elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Dərhal hadisə yerinə “Azərişığın” təmir-bərpa briqadaları gedib və elektrik enerjisinin verilişi qısa zamanda bərpa edilib. Hazırda Ağdam və ölkənin digər regionları keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir”, - V.Mustafayev bildirib
22:34
Ağdama dolu yağıb.
APA xəbər verir ki, yağıntı rayonun Quzanlı, Mirəşelli, Əhmədağalı, Sarıcalı kəndlərinə düşüb.
Qısa müddət ərzində davam edən dolu, daha sonra leysan yağışla əvəz olunub.
Rayonun bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Hazırda qeyri-sabit hava şəraiti davam edir.
21:08
Gəncə və ətraf rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.
APA xəbər verir ki, bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə ərzində rayonun Dəsdəfur kəndinə dolu düşüb.
Həmçinin güclü yağış nəticəsində Quşçu kəndinə sel gəlib.
Hazırda Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
19:12
Mayın 11-də Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə güclü dolu, leysan xarakterli yağış yağıb.
“Report”un məlumatına görə, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub.
Bundan başqa, avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.