Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağsuda dəm qazından zəhərlənən bir ailənin üç üzvünün son durumu AÇIQLANDI
Ağsuda dəm qazından zəhərlənən şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Yanvarın 3-də saat 23:40-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə üç nəfər (iki kişi cinsli, bir qadın cinsli olmaqla) hospitalizasiya olunub.
Dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Oxu.Az xəbər verir ki, rayonun Qaraqoyunlu kəndində baş verən hadisə zamanı 11 yaşlı Dəniz Hacızadə, 7 yaşlı təvəllüdlü Yusif Hacızadə və 12 yaşlı Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər