Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib.
Oxu.Az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Cavanşir Paşazadə və dini icmalların nümayəndələri Təzəpir məscidində keçirilən qanvermə aksiyasına qoşulub.
Qeyd edək ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, səkkizi isə Mərkəzi Xəstəxana şəraitində həyata keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Foto: Ramil Zeynalov
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!