"Biz Ümumdünya Şəhərsalma Forumu çərçivəsində bu gün ən aktual mövzulardan biri olan böyük maliyyə boşluğunun mövcudluğundan xəbərdarıq".
Oxu.Az xəbər verir ki, bunu Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin enerji, şəhərsalma, inkişaf və nəqliyyat üzrə baş mütəxəssisi Sebastian Herold Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "BMT-nin 2026-cı il Su Konfransı: Şəhər mənzillərinin yol xəritəsi" adlı tədbirdə deyib.
O bildirib ki, Almaniya tərəfi həm maliyyə, həm də koordinasiyanı hədəfləyən yeni bir təşəbbüs təqdim edib:
"Urban Water Catalyst Initiative" (Şəhər Su Sahəsində Transformasiyanı Sürətləndirən Təşəbbüs) təşəbbüsü islahatlara açıq olan dövlət kommunal xidmətlərinin iqtisadi cəhətdən dayanıqlı və kredit götürə biləcək vəziyyətə gəlməsini hədəfləyən qlobal layihədir. Yalnız bu halda kommunal xidmətlər əlavə özəl investisiyaları cəlb edə, suya çıxışın genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması üçün lazımi sərmayəni təmin edə bilər".
"Bu baxımdan, Ümumdünya Şəhərsalma Forumu və BMT Su Konfransı qlobal çağırışların həlli üçün əməkdaşlıq və koordinasiyanın gücləndirilməsində mühüm platformalardır", - deyə nazirlik nümayəndəsi vurğulayıb.