"Jurnalistikanı universitetlərdə öyrənmək olmur".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, jurnalist təcrübə əsasında formalaşır:
"Jurnalistika praktiki sahədir. Təcrübə mübadiləsi ilə inkişaf edirsən. Biz "Anadolu" agentliyində də buna rast gəlirik. Ona görə də təcrübə mübadiləsi olduqca vacibdir. Dövlət medialarının arasında əməkdaşlıq yüksəkdir. Həmçinin özəl subyektlərlə də bunu inkişaf etdirə bilərik. Düşünürəm ki, türk dövlətlərinin media akademiyası da yaradıla bilər".
Aqil Vəlili