Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı illik məlumat yayıb.
ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, azad olunan ərazilərdə il ərzində 2372 tank əleyhinə mina, 4 min 286 piyada əleyhinə mina, 59 min 163 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 62 min 23 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB
- Yevlaxda 32 yaşlı kişini güllələyən şəxs ANAMA-nın əməkdaşı olub
- "Improtex Industries"in mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
- Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
Ən çox oxunanlar